• USD 1,7000 0,00% EUR 2,0484 -0,31%
    • GBP 2,3696 -0,17% RUB 0,0230 0,00%

Bill Qeyts birinciliyini itirdi - Dünyanın ən zəngin adamı dəyişdi

  • Dünya
  • 28 Oktyabr 2017 09:42
  • 825 Baxış
Bill Qeyts birinciliyini itirdi - Dünyanın ən zəngin adamı dəyişdi

ABŞ-ın “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos dünyanın ən zəngin adamına çevrilib.

Publika.az bildirir ki, bu barədə “Bloomberg” və “Forbes” məlumat verib.

“Amazon”un səhmlərinin qiymətinin kəskin artması C.Bezosa “Microsoft”un təsisçisi Bill Qeytsi üstələməyə imkan verib. Son sutka ərzində “Amazon”un səhmlərinin qiyməti 10%, 53-yaşlı sahibkarın sərvəti isə 10 milyarddan çox artıb.

“Forbes”un hesablamalarına əsasən, hazırda С.Bezosun sərvəti 93,1 milyard təşkil edir, “Bloomberg” isə bu rəqəmin 93,8 milyard olduğunu bildirir. Qeyd edək ki, “Amazon” dünyada İnternet vasitəsi satışları həyata keçirən ən irimiqyaslı portaldır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR