Səudiyyə şahzadələrindən 800 MİLYARD DOLLAR müsadirə ediləcək
Bizi izləyin

Dünya

Səudiyyə şahzadələrindən 800 MİLYARD DOLLAR müsadirə ediləcək

Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada şübhəli bilinən şahzadələr və məmurlardan 800 milyard dollar müsadirə etmək niyyətindədir.

Publika.az bildirir ki, bu haqda “The Wall Street Journal” məlumat yayıb.

“Korrupsiyada şübhəli bilinən şəxslərin aktivlərinin əhəmiyyətli hissəsi xaricdədir ki, bu da pulu ölkəyə qaytarmaq cəhdlərini çətinləşdirəcək. Amma bu fantastik rəqəmin hətta bir hissəsi də kifayətdir ki, Səudiyyə Ərəbistanı hökumətinin maliyyəsini əhəmiyyətli dərəcədə artırsın”, - qəzet qeyd edir.

“Neftin qiymətinin uzunsürən aşağı səviyyəsi hökuməti beynəlxalq bazarda zəiflətmiş, həmçinin ehtiyat fondlarının vəsaitlərindən istifadə etməyə məcbur edib”, - “The Wall Street Journal” izah edir.

Məlumat üçün bildirək ki, hazırda 60-dan çox şahzadə, yüksək vəzifəli məmur və biznesmen həbs edilib, amma bu, genişmiqyaslı korrupsiya əməliyyatının yalnız başlanğıcıdır. Krallığın mərkəzi bankı artıq şübhəlilərin hesablarını dondurub.

Onu da bildirək ki, antikorrupsiya əməliyyatlarına başçılıq edən müdafiə naziri Məhəmməd Bin Salmanı Səudiyyə Ərəbistanının kralı iyun ayında varis şahzadə təyin edib.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm