ABŞ-ın Somali əməliyyatı: 40 ölü
Bizi izləyin

Dünya

ABŞ-ın Somali əməliyyatı: 40 ölü

ABŞ 9-12 noyabr tarixlərində Somalidə İŞİD və Əl Şəbab terror təşkilatlarına qarşı 5 hava hücumu təşkil edib.

Publika.az xəbər verir ki, əməliyyat nəticəsində 40 terrorçu məhv edilib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Rob Manninqin verdiyi məlumata görə, zərərsizləşdirilən terrorçulardan 4-ü İŞİD, 36-ı isə Əl Şəbab təşkilatının üzvüdür.

Əməliyyat barədə ABŞ Afrika Qüvvələri Komandirliyi (AFRICOM) məlumat yayıb. Komandirlikdən verilən açıqlamaya görə, hücumlar əsasən, günorta saatlarında təşkil edilib.

Qeyd edək ki, ABŞ-ın Somalidə təxminən 500 əsgər xidmət göstərir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm