Dünya
Zəlzələ İrana 500 milyon dollar zərər vurdu
İran hökuməti Kirmanşah vilayətində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 70 milyon dollar vəsait ayırıb.
İranın Prezident Administrasiyasının verdiyi məlumata görə,
zəlzələ nəticəsində ölkəyə 500 milyon dollar ziyan dəyib. Vilayətdə
40 min yaşayış binası dağılıb.
Zəlzələ bölgəsinə səfəri zamanı Prezident Həsən Ruhani bəyan edib
ki, dövlət evləri dağılmış ailələrə faizsiz kredit verəcək. Ayrılan
70 milyon dolların bir qismi əhaliyə kredit kimi veriləcək ki,
evlərini bərpa etsinlər.
Qeyd edək ki, noyabrın 14-dən başlayaraq İranın Qızıl Aypara
Cəmiyyətinin təşkilatçılığı ilə Tehran və digər böyük şəhərlərdə
zəlzələdən zərər çəkənlərə yardım aksiyası keçirilir. Şəhər
sakinləri Kirmanşah əhalisinə göndərmək üçün isti paltar, məişət
ləvazimatlarını məscidlərdə yaradılmış məntəqələrə verirlər.
(AzərTac)
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?