Dünya
Erməni nazir Poroşenkonu əvəz edəcək? - NAMİZƏDLƏRİN SİYAHISI
Ukraynanın daxili işlər naziri Arsen Avakov növbəti seçkilərdə ölkənin prezidenti postuna namizəd olmayacaq.
Publika.az xəbər verir ki, bu haqda onun özü Ukraynanın “1+1” (TSN) telekanalına açıqlamasında deyib.
“Prezidentliyə namizəd olmayacağam. Amma kimi dəstəkləyəcəyimi özüm müəyyən edəcəyəm”, - Avakov dedi.
Erməni əsilli nazirin sözlərinə görə, güc strukturlarının siyasiləşməsi cinayətdir.
Ötən həftənin şənbə günü “Xalq cəbhəsi” partiyasının lideri, Ukraynanın sabiq baş naziri Arseniy Yasenyuk bildirib ki, onun partiyası 2019-cu ildə prezident seçkilərində iştirak etmək niyyətindədir. Ancaq o, partiyadan olan iddiaçıların adlarını açıqlamayıb.
“Batkivşina” partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko və Sosializm Partiyasının başçısı, daxili işlər nazirinin keçmiş məsləhətçisi İlya Kiva da prezidentliyə namizəd olmaq niyyətini ifadə ediblər.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov isə prezident ambisiyalarına malik olmadığını söyləyib.
Ömər Dağlı
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ