Argentinada hərbi sualtı qayıq itib
Bizi izləyin

Dünya

Argentinada hərbi sualtı qayıq itib

Argentina Hərbi Dəniz Qüvvələrinə məxsus "San-Xuan" sualtı qayığı radarların nəzarətindən itib.

Faktı təsdiqləyən ölkə Hərbi Dəniz Qüvvələri idarəsi sualtı qayıqda 44 nəfərin olduğunu bildirib.

Məlumata görə, sualtı qayıq Uşuayidən Mar-del-Platuya doğru hərəkət edirmiş. Hazırda sualtı qayığın axtarışlarına havadan helikopterlər də qoşulub.

Qeyd olunur ki, itən sualtı qayıq Almaniyada inşa olunub və 1985-ci ildən Argentina Hərbi Dəniz Qüvvələrinin heyətinə verilib.

Sualtı qayığın uzunluğunun 66 metr olduğu bildirilir. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm