Dünyanın ən böyük hava gəmisi qəzaya uğradı - - FOTO
Bizi izləyin

Dünya

Dünyanın ən böyük hava gəmisi qəzaya uğradı - - FOTO

Dünyanın ən böyük hava gəmisi Böyük Britaniyada qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, hadisə Bedfordşir qraflığında baş verib.

20 tonluq "Airlander 10" açıq sahədə yerə düşüb.

Təyyarə ilə dirijablın hibridi olan sözügedən uçuş aparatının uzunluğu 92 metr təşkil edir.

Bildirilir ki, öncədən "Airlander 10" ABŞ ordusu üçün yaradılsa da, maliyyə çatışmazlığı ucbatından layihəni tamamlamaq mümkün olmayıb. "Airlander 10" 2016-cı ilin yay aylarında istismara verilib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm