Dünya
Putin Trampla telefonda nədən danışıb? - Ağ Ev RAZILAŞMIR
Rusiya prezidenti Vladimir Putin Bəşər Əsədlə Soçidə görüşün ardından ABŞ prezidenti Donald Trampla telefon əlaqəsi yaradıb. 1 saata yaxın davam edən telefon danışıqlarında Suriya mövzusunun müzakirə edildiyi qeyd edilsə də, yeni yayılan məlumatlar bunu təkzib edib.
Publika.az xəbər veri ki, noyabrın 22-ə Soçidə 3 nəhəng dövlətin (Türkiyə, Rusiya, İran) liderləri arasında təyin edilən üçtərəfli sammitdən əvvəl Putin Trampla telefon əlaqəsi yaradıb.
Ağ Evin yaydığı rəsmi açıqlamaya görə, 1 saata qədər davam edən danışıqlar zamanı Suriya lideri ilə görüş mövzusuna toxunulmayıb:
“Liderlər Soçi görüşü barədə söhbət etməyiblər. Putin Trampla Soçidə keçiriləcək üçtərəfli sammit və Suriya məsələsinə dair heç bir fikir mübadiləsi aparmayıb".
Xatırladaq ki, prezidentlər arasında telefon danışığı noyabrın 21-də baş tutub. Prezidentlərin Suriya, İran, Əfqanıstan, Şimali Koreya və Ukrayna problemlərini müzakirə etdikləri yazılmışdı.
Könül Cəfərli
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi