• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

Lavrov: “Tramp söz vermişdi ki...”

  • Dünya
  • 30 Noyabr 2017 13:38
  • 827 Baxış
Lavrov: “Tramp söz vermişdi ki...”

"Amerika lideri Donald Trampın komandasının taktikası sabiq prezident Barak Obama administrasiyasının kursundan az fərqlənir".

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov İtaliyanın “Libero” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-ın indiki hakimiyyətinin bir çox hərəkətləri inersiya xarakteri daşıyır. Rusiyalı nazir qeyd edib ki, birtərəfli sanksiyalar genişləndirilir, raket hücumundan müdafiə əleyhinə qlobal planlar həyata keçirilir, həmçinin Rusiya sərhədlərinin yaxınlığında NATO və ABŞ-ın hərbi kontingenti yerləşdirilir.

Lavrov qeyd edib ki, ABŞ Avropadan Rusiyaya qarşı istifadə edir.

“Vaşinqton özünün anti-Rusiya məsələlərini Avropa ölkələrinin hesabına həll edir. Bu gün görünür ki, Vaşinqtondan gələn göstərişlərlə Brüssel bürokratları tərəfindən qəbul edilən sanksiyalar bumeranq effekti üzrə Avropa istehsalçılarına zərər vurub. Onlar Rusiya bazarında öz mövqelərinin bir hissəsini itiriblər. Amerika isə zərər görməyib, çünki, onunla əmtəə dövriyyəmiz cüzidir”, - Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib.

Xarici İşlər Nazirliyinin başçısı bildirib ki, Vaşinqton hələ Rusiya ilə bağlı anlaşılan yanaşma hazırlamayıb. Lavrov xatırladıb ki, Trampın özü seçki kampaniyasının gedişatında Rusiya ilə əlaqələri qaydaya salmaq istədiyini bildirirdir.

Lavrovun sözlərinə görə, ikitərəfli qarşılıqlı münasibətlərdə vəziyyət son dərəcə çətin olaraq qalır.

Krım məsələsinə də toxunan nazir bu məsələnin Rusiya üçün həmişəlik bağlandığını vurğualyıb:

“Krım Rusiyanın tərkibində qalacaq. Burada söhbət Krım əhalisinin azad, demokratik iradəsindən gedir. Bu anneksiya nəticəsində yarımada əhalisi vətəndaş müharibəsinin dəhşətlərindən qaça bilib”.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR