Rusiya qoşunları Suriyadan çıxmağa hazırlaşır
Bizi izləyin

Dünya

Rusiya qoşunları Suriyadan çıxmağa hazırlaşır

Rusiyanın Suriyadakı hərbi qruplaşmasının bir hissəsi bu ölkədən çıxamağa hazırlaşır.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“Artıq buna hazırlıq gedir”, - Patruşev deyib.

Daha əvvəl Rusiya Silahlı qüvvələrinin Baş qərargahı başçısı, ordu generalı Valeri Qerasimov Suriyada hərbi əməliyyatın aktiv mərhələsi başa çatdığını açıqlayıb.

Dünən isə Rusiya Federasiya Şurasının müdafiə komitəsinin sədri Viktor Bondarev bildirib ki, Rusiya qüvvələrinin Suriyadan çıxmasından sonra da bu ölkənin Xmeymim və Tartus bazalarında kifayət qədər S-400 zenit-raket sistemləri saxlanılacaq. Bondarev S-400-lərlə yanaşı, qırıcılar, strateji bombardmançı təyyarələr, pilotsuz uçuş aparatları, kəşfiyyatçı təyyarələr və zirehli texnikanın bir hissəsinin Suriyada saxlanılacağını deyib.

Komitə sədri əlavə edib ki, Suriya böhranının həllindən sonra hərbi mütəxəssislər uzun müddətli strateji təhlükəsizliyin təmin edilməsi üçün lazım olacaq silah və hərbi texnikanın həcmini dəqiq müəyyən edəcəklər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm