Ermənistanda hərbi qulluqçular döyüldü
Bizi izləyin

Dünya

Ermənistanda hərbi qulluqçular döyüldü

İşğalçı Ermənistan Ordusunda qarşılıqlı münasibətlərin pozulması zəminində baş verən cinayət hadisələri zamanı iki hərbi qulluqçu xəsarət alaraq hərbi tibb məntəqəsinə yerləşdirilib.

Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, tankəleyhinə batareyanın kiçik çavuşu Aşot Gevorkyan bölüyün əsgəri Armen Markaryan arasında baş vermiş insident nəticəsində ikinci gözündən xəsarət alıb.

Müqavilə əsasında xidmət edən Rafael Manukyan isə əslən ermənistanlı olduğuna görə Qarabağdan hərbi xidmətə çağrılmış əsgərlər tərəfindən döyülüb. Xəsarət alan R. Manukyan Xankəndi şəhərindəki hərbi hospitala yerləşdirilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm