Dünya
Sarkisyana gözləməyi məsləhət bildilər
“Yeni yaradılan Avrasiya İqtisadi İttifaqa Ermənistanın birləşməsi haqqında müqaviləni ən yaxın vaxtda imzalamaq lazımdır”.
Publika.az - ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Rusiya prezidenti deyib.
Qeyd edək ki, iclasda Rusiya, Belorus və Qazaxıstan prezidentləri tərəfindən Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilə imzalanıb.
Ermənistan prezidenti Serj Sarkisyan isə 15 iyun tarixinə qədər Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqaviləyə qoşulmaq niyyətində olduğunu bildirib. Sarkisyanın bu istəyinə cavab olaraq Rusiya, Qazaxıstan və Belorus liderləri 1 iyul tarixinə kimi məsələyə baxmağı təklif ediblər. Prezidentlər Ermənistanın ona təqdim olunan bütün tələbləri yerinə yetirməli olduğunu deyib.
Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqın yaradılması işində Ukraynanın da Leonid Kuçma dövründə iştirak etdiyini xatırladıb. “Təəssüf ki, Ukrayna çox ağır günlərini yaşayır. Amma mən əminəm ki, Ukrayna rəhbərliyi xoşbəxtliyin harada olduğunu gec-tez anlayacaq”, – Lukaşenko bildirib.
Ömər Dağlı
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı