Türkiyənin S-400 almasına ABŞ-dan REAKSİYA
Bizi izləyin

Dünya

Türkiyənin S-400 almasına ABŞ-dan REAKSİYA

Rusiya ilə Türkiyə arasında “S-400” raketdən müdafiə sisteminin satılması mövzusunda imzalanan razılaşmadan sonra ABŞ ilk dəfə rəsmi açıqlama verib.

Publika.az xəbər verir ki, adının açıqlanmasını istəməyən Pentaqon nümayəndəsi “Sputnik” kanalına verdiyi açıqlamada havadan müdafiə sisteminin Türkiyənin təhdidlərdən qorunması üçün ən yaxşı variant olduğunu deyib.

Qardaş ölkənin ABŞ-dan havadan müdafiə sistemləri almasını davam etdirdiyini bildirən nümayəndə bu sistemlərin Türkiyəyə çatdırılması prosesini sürətləndirəcəklərini qeyd edib.

NATO daha öncə “S-400” sistemlərinin ittifaq sistemləri ilə uyğun gəlmədiyini, buna görə də bəzi problemlərin üzə çıxacağını müdafiə edirdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm