"İrandakı aksiyalar bir neçə gün sonra..." - Təhlükəsizlik şurasından AÇIQLAMA
Bizi izləyin

Dünya

"İrandakı aksiyalar bir neçə gün sonra..." - Təhlükəsizlik şurasından AÇIQLAMA

İranın Milli təhlükəsizlik şurasının katibi Əli Şamxani ölkədəki etiraz aksiyalarının sifarişli olduğunu iddia edib.

Publika.az xəbər verir ki, Əli Şamxanı bildirib ki, bütün bu etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı dayanır:

"Onlar İrana qarşı gizli ittifaq yaradıb. Tehranda müharibə başlatmaq istəyirlər. Bütün bu etirazların geniş vüsət almasına sosial şəbəkələr üzərindən aparılan kampaniyalar səbəb olub. Göstərişlərin 27 faizi Səudiyyə Ərəbistanı tərəfindən alınan vətəndaşlar tərəfindən planlaşdırılıb. Lakin onlar istədiklərinə nail ola bilməyəcəklər, etirazlar bir neçə gündən sonra dayandırılacaq".

Xatırladaq ki, xalq İranın böyük şəhərlərində -Tehran, Məşhəd, İsfahan və Reşt arasında yayılıb. Aksiya iştirakçılarının əsas tələbləri hökumətin istefaya getməsidir. İran prezidenti Həsən Ruhani isə, etirazların ölkədə daxili və kənar ölkələrin təzyiqi ilə başladığını vurğulayıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm