Dünya
“Rusiya geri çəkilmir, aldadır” – İddia
Rusiya hərbi qruplaşmalarının Ukrayna sərhədindən çəkilməsi prosesi davam edir.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.
Hərbi ekspert qeyd edib ki, Ukrayna sərhədinin yaxınlığında – Rostov istiqamətində yerləşən 137-ci desant alayının tərkibindəki batalyon aparılıb. Bununla belə, D.Tımçuk Ukrayna sərhədində yerləşdirilən 400 zirehli texnikanın təxminən 200-nün hələ də qaldığını qeyd edib.
Rusiya ordusunun Ukrayna antiterror əməliyyatlarının genişləndiyi bir vaxtda Rusiya-Ukrayna sərhədindən geri çəkilməsi diqqət çəkir. Hərbi mütəxəssilər isə hesab edir ki, rəsmi Moskvanın bu addımı aldadıcıdır. Onlar hesab edir ki, prosesə birbaşa müdaxilə etməyən Rusiya separatçıları müxtəlif üsullarla dəstəkləyərək vəziyyəti nəzarətdə saxlamağa çalışır.
Qeyd edək ki, son günlər Ukrayna ordusunin iri hərbi qruplaşmaları antiterror əməliyyatlarına cəlb edilib. Əməliyyatlarda aviasiyanın köməyindən də geniş istifadə olunur. Bəzi məlumatlara görə, son bir neçə gün ərzində 300-dən çox terrorçu öldürülüb. Ordunun Donetsk vilayətində bəzi əraziləri separatçılardan təmizlədiyi bildirilir.
Ömər Dağlı
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ