Belçikada güclü fırtına gözlənilir
Bizi izləyin

Dünya

Belçikada güclü fırtına gözlənilir

Belçikanın Krallıq Metrologiya İnstitutu çərşənbə gününə keçən gecə gözlənilən güclü küləklə əlaqədar bütün ölkə ərazisində narıncı təhlükə dərəcəsi elan edib.

Publika.az xəbər verir ki, institutun Belçika mətbuatında yer alan məlumatına görə, bu cür güclü külək yeriməyi çətinləşdirir, ağacları bərk silkələyir. Nəticədə ağaclar aşa və onların böyük budaqları qırıla bilər. Tufanın yaşayış binalarına da ciddi ziyan vurması istisna olunmur.

Bəzi yerlərdə, xüsusən şimal sahillərində küləyin sürətinin saatda 110 kilometr və daha çox olacağı proqnozlaşdırılır. Tufanın leysan yağışlarla müşayiət oluna biləcəyi gözlənilir. Meteoroloqlar əhalini son dərəcə ehtiyatlı olmağa çağırırlar. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm