Dünya
Ərdoğandan fransalı jurnalistə sərt CAVAB: “Bunu ABŞ-dan niyə soruşmursan!”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Paris səfəri çərçivəsində fransız həmkarı Emmanuel Makronla keçirdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransında fransız jurnalistin sualına sərt cavab verib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, jurnalist Türkiyənin Suriyaya TIR-larla silah göndərdiyini iddia edib.
Ərdoğanla jurnalist arasında dialoq bu şəkildə olub:
Ərdoğan: Sualınızı başa düşmədim, Suriyaya silah göndərən kimdir?
Jurnalist: 2014-cü ilin yanvar ayında sərhəddə içində silah olan MİT TIR-ları saxlanılmışdı.
Ərdoğan: Fəthullahçı Terror Təşkilarının (FETÖ) ağzı ilə danışırsınız.
Jurnalist: Bir jurnalist kimi danışıram.
Ərdoğan: Əməliyyatı keçirənlər FETÖ prokurorları idi. İndi həbsxanadadır. Kəşfiyyat orqanlarının belə əməliyyatlar üçün yük maşınları ilə silah daşımaq səlahiyyətləri var. Mənə bu sualı verirsiniz, ABŞ-ın Suriyaya 4 min TIR-la gətirdiyi silahlarla bağlı soruşmursunuz? Başqasının ağzı ilə danışmayın. Bunları asanlıqla udan deyilik. Xahiş edirik, FETÖ-nün ağzı ilə danışmamağı öyrənin.
Ömər
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR