Türk komandolarla terrorçuların siddətli döyüşündən görüntülər - - VİDEO
Bizi izləyin

Dünya

Türk komandolarla terrorçuların siddətli döyüşündən görüntülər - - VİDEO

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatının yeni görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, görüntülərdə türk komandolarla YPG-li terrorçular (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu –red.) arasında şiddətli döyüşlərin getdiyi görünür.

Videoçarxın sonunda YPG-li terrorçuların əsir götürüldüyü görüntüləri yer alıb.

Türkiyə ordusunun Baş qərargahından verilən məlumata görə, yanvarın 20-də başlanan əməliyyatın gedişatında 597 terrorçu öldürülüb. Bu gün isə YPG-nin 44 hədəfi 25 qırıcı ilə məhv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm