Tramp Konqresdən xahiş etdi: “Dəhşətli nüvə…”
Bizi izləyin

Dünya

Tramp Konqresdən xahiş etdi: “Dəhşətli nüvə…”

ABŞ prezidenti Donald Tramp Konqresdə “Ölkənin vəziyyəti Haqqında” illik nitqində İranla imzalanan nüvə sazişinə yenidən toxunub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Tramp Konqresdən İranla imzalanan “dəhşətli nüvə sazişi”nin fundamental çatışmazlıqlarına baxmağı xahiş edib.

Qeyd edək ki, İran və beynəlxalq vasitəçilər (Rusiya Federasiyası, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya) 14 iyul 2015-ci ildə İranın çoxillik atom probleminin nizama salınması haqqında razılaşma əldə edib. Razılaşma əsasında Birgə hərtərəfli iş planı qəbul edilib. Plan nüvə proqramından imtinanın əvəzində BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm