“Dərin dövlət”in müharibə istəyi, YOXSA QİSAS? – Kremlə DƏQİQ MESAJ - - VİDEO
Bizi izləyin

Dünya

“Dərin dövlət”in müharibə istəyi, YOXSA QİSAS? – Kremlə DƏQİQ MESAJ - - VİDEO

Fevralın 3-də Suriyanın İdlib əyalətində Rusiyaya aid "Su-25" təyyarəsinin vurulması dünya mediasında hələ də gündəmdədir. Hücuma görə məsuliyyəti “Həyat Təhrir əş-Şam” (əvvəllər “Cəbhət ən-Nüsrə”-red.) terror qruplaşması üzərinə götürsə də, Rusiyada bəziləri əmindirlər ki, bütün izlər ABŞ-a aparır.

Pilot terrorçuların nəzarət etdiyi Şərakib rayonu ərazisinə katapult etdiyi barədə məlumat verməyə imkan tapsa da, terrorçularla sona qədər döyüşüb və mühasirəyə alındığını görərək özünü qumbara ilə havaya uçurub. Rusiya Müdafiə Nazirliyi İdlib deeskalasiya zonasına uçuş zamanı Aerokosmik Qüvvələrin "Su-25" hücum təyyarəsinin terorçular tərəfindən daşına bilən zenit raket kompleksi ilə vurulmasını təsdiqlədi. Təyyarənin MANPAD adı ilə məşhur olan daşına bilən havadan müdafiə sistemi ilə vurulduğu bildirilir.

Publika.az xəbər verir ki, ABŞ-ın “Vaşinqton Post” nəşri mövzu ilə bağlı analitik yazısında sensasiyalı iddia irəli sürüb.

Nəşrin yazdığına görə, MANDPAD terrorçulara ABŞ tərəfindən verilib. Todd Vud imzası ilə dərc olunan yazıda Vaşinqtonun Moskvaya mesaj vermək istədiyi bildirilib.

“Bəlkə də prezident Donald Tramp tərəfindən birbaşa əmr verildi. Bəlkə də bunu Rusiya ilə müharibə istəyən “dərin dövlət” etdi. Rusiya uzun müddətdir ABŞ-ın açıq şəkildə terrorçuları dəstəkləməkdə ittiham edir”, - o qeyd edib.

Müəllifin fikrincə, bu, ABŞ-ı yeni bir müharibənin bir addımlığına gətirə bilər: “Demokratlar yeni bir qisas (demokrat Hillari Klintonun prezident seçkilərində məğlubiyyətində Rusiya günahkar kimi göstərilir - red.) axtarır. Doğru bildiniz, bu, Rusiyadır”.

Kremlin sözçüsü Dimitri Peskov hadisə ilə bağlı araşdırmanın davam etdiyini və hər hansı ölkəni ittiham etməkdən qaçdıqlarını bildirib. Onun sözlərinə görə, daşına bilən zenit-raket sistemlərinin terrorçuların əlinə keçməsi narahatlıq doğurur və bu, bütün ölkələr üçün böyük təhlükədir.

Rusiya Dumasının müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin isə söyləyib ki, terrorçuların sözügedən sistemi necə əldə etdiyinin araşdırılmasının vacibliyini vurğulayıb. Rusiyalı deputat verdiyi bəyanatda fikrini belə ifadə edib: "İndiyə kimi onların əlində MANPAD qurğusu yox idi. Məlumdur ki, bu qurğu xarici ölkələr tərəfindən verilib. Bu silahın kimlər və ya hansı dövlətlər tərəfindən təmin olunması ortaya çıxarılmalıdır".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm