Dünya
Rusiya bu ərazidə Türkiyə ilə müharibəyə hazırlaşır – SENSASİYALI İDDİA - - VİDEO
Rusiya Qara dənizin akvatoriyasında və ya dəhlizlərdə döyüş əməliyyatlarının genişlənilməsi zamanı özü üçün ən kiçik riskləri tamamilə neytrallaşdırmaq və müharibəyə hazırlıq üçün Krımda S-400 zenit-raket komplekslərini yerləşdirməyə qərar verib.
Publika.az xəbər verir ki, bu haqda “Defense Express” informasiya-konsaltinq şirkətinin direktoru, hərbi ekspert Sergey Zqures “Apostrof” nəşrinə açıqlamasında deyib.
“Bu silahların bütün nümunələrinin Krımda yerləşdirilməsi ümumi strategiyanın göstəricisidir. Rusiya bunu qısa vaxt ərzində edə bilib. Krım xüsusi halda, nüvə yükləri ilə təchiz edilən Su-24 bombardmançıları və Avropanın yarısını əhatə edə bilən “Kalibr” sinfindən olan raketlərlə təchiz olunan gəmilər yerləşdirilib. Rusiya başqa regionlarda artıq reallaşdırılan konsepsiyanı yarımadada reallaşdırır”, - o qeyd edib.
Onun sözlərinə görə, konsepsiya istənilən rəqibin, həmçinin NATO dövlətləri, o cümlədən Türkiyənin qarşısının alınmasını nəzərdə tutur.
Amma ekspert qeyd edir ki, hər hansı əhəmiyyətli döyüş əməliyyatları barədə qərar qəbul edilərsə və Ukrayna ordusundan başqa güclər də əməliyyatlara cəlb edilərsə, Krımda S-400 kompleksinin mövcudluğu rusiyalıları xilas etməyəcək.
Xatırladaq ki, Rusiya yanvar ayında Sevastopolda - Fiolent burnu ərazisində “Triumf” S-400 zenit-raket komplekslərinin ikinci divizionunu döyüş növbəsinə qoyub. Yaxın vaxtlarda yarımadaya ikinci və üçüncü divizionlarının yerləşdirilməsi nəzərdə tutulub.
Ömər Dağlı
-
Nida Təhlil 15:50
Azərbaycan-Ermənistan razılaşması: Bu bəndlər olmadan...
-
Region15:02
Türkiyədən tarixi qərar: Rusiyanın tətbiq etdiyi bu ifadə dəyişdirilir
-
İqtisadi gündəm14:22
İsrail İrana hücum edərsə, neft bu qiymətə olacaq
-
Sosial14:05
Əhməd Əhmədov haqqında qərar verildi - Video
-
Magazin113:50
Sevil-Sevinc bacılarının evində ŞADLIQ VAR - VİDEO
-
Magazin213:25
Monika Belluççinin qızı açdı sinəsini, göstərdi... - FOTOLAR
-
Sosial12:58
İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama
-
Sosial12:20
Yol hərəkəti qaydalarını pozanlar, dava-dalaş salanlar MÜHARİBƏYƏ GÖNDƏRİLƏCƏK