İŞİD bu bazadan yenidən hücuma keçəcək – Moskvadan SOS
Bizi izləyin

Dünya

İŞİD bu bazadan yenidən hücuma keçəcək – Moskvadan SOS

ABŞ-ın Suriya ordusu tərəfində vuruşan güclərə atəş açması onun İŞİD-lə mübarizə apardığını deyil, bu ölkənin iqtisadi aktivlərini ələ keçirmək istədiyini göstərir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

“Baş verən hadisə növbəti dəfə nümayiş etdirdi ki, İŞİD beynəlxalq terror qruplaşması ilə mübarizə ABŞ güclərinin Suriyanın ərazisində qanunsuz mövcudluğunun davam etdirilməsinin həqiqi hədəfi deyil. ABŞ-ın hədəfi Suriya Ərəb Respublikasına aid olan iqtisadi aktivləri öz nəzarəti altına almaq və saxlamaqdır”, - idarədən bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə həftəlik mətbuat konfransında bildirib ki, ABŞ tərəfindən hazırlanan təhlükəsiz zona İŞİD döyüşçülərinə hökumət qüvvələrindən gizlənməyə kömək edir.

“Suriyanın cənubunda Tanf bölgəsində öz bazası ətrafında təktərəfli qurduğu 55 kilometrlik təhlükəsizlik zonası İŞİD-in sağ qalan döyüşçülərini Suriyanın hökumət qüvvələrindən gizlədir. İŞİD döyüşçüləri burada yenidən qruplaşma və çöl bölgələrinə yenidən sızmaq üçün silahlanma imkanı qazanırlar”, - o deyib.

Xatırladaq ki, Suriya ordusunun tərəfində vuruşan döyüşçüləri Deyr-ez-Zor əyalətində minaatanlar və reaktiv yaylım atəş sistemlərdən, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiyanın vertolyotlarından atəşə tutulub. Məlumata görə, rejim tərəfdarları hökumət qoşunlarının postlarına atəş açan terrorçuların məhv edilməsi üçün keçmiş neft email zavodu istiqamətində kəşfiyyat-axtarış hərəkətlərini icra edirdi.

Hadisədən sonra beynəlxalq koalisiyanın güclərinin qərargahı ilə Rusiyanın Xmeymim təyyarə bazasında yerləşən komandanlığı arasında danışıqlar aparılıb.

“Danışıqlardan sonra Amerika tərəfi bildirdi ki, neft emalı zavodu “Suriya Demokratik Gücləri və ABŞ-ın hərbi qulluqçularının nəzarəti altındadır”, - Müdafiə Nazirliyi bildirib.

KİV-in iddiasına görə, hücum nəticəsində Suriya tərəfində onlarla döyüşçü ölüb və yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm