Dünya
Donetsk şəhərində vəziyyət sabit olaraq qalır
Slavyansk, Qırmızı Liman və Kramatorsk şəhərlərində terror əleyhinə aparılan əməliyyatlar davam etdirilir. Bu barədə Donetsk Vilayət Dövlət administrasiyasının mətbuat xidməti xəbər yayıb.
Publika.az xəbər verir ki,
bu gün Slavyansk şəhərinin Semyonovka
qəsəbəsi və Karaçun dağının yaxınlığında intensiv döyüşlər
gedir.
Qırmızı Liman şəhərində separatçıların müdafiə
nöqtələri məhv edilib. Vilayət Dövlət Administrasiyasının
məlumatlarına əsasən, Brusovka yaxınlığında atışma davam edir.
Müəssisələrin fəaliyyəti qismən dayandırılıb. Bu gecə Kramatorsk şəhərindəki hərbi hissənin yaxınlığında da
döyüşlər gedir. Hərbi əməliyyatlar nəticəsində yarımstansiya
dağıdılmışdır. Hərbi hissə tamamilə iflic vəziyyətdədir.
Bu şəhərlərin sakinlərindən evdə qalmaları xahiş
olunur. Bu gün Qorlovka şəhərində Ukrayna
ordusunun qırıcı təyyarələri görünüb.
Donetsk şəhərindəki vəziyyət sabit olaraq qalır. Antiterror əməliyyatının fəallaşmasına cavab olaraq, Donetsk Xalq Respublikasının üzvləri öz hərbi dəstələrinin rotasiyasını keçirirlər. Bu məlumatı Vilayət Dövlət Administrasiyası açıqlayıb.
Təranə Abbasova
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ