Türkiyə addım-addım Afrinə yaxınlaşarkən YPG-dən ŞOK HƏRƏKƏT: Rusiya bayraqları qaldırıldı
Bizi izləyin

Dünya

Türkiyə addım-addım Afrinə yaxınlaşarkən YPG-dən ŞOK HƏRƏKƏT: Rusiya bayraqları qaldırıldı

Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” hərəkatı çərçivəsində Afrin ilə Hələb arasındakı ən kritik nöqtə olan Təl-Rüfət bölgəsinə təzyiq göstərməyə başlayıb.

Publika.az xəbər verir ki, ötən gün Bəşər Əsəd rejimininin qüvvələri avtobus və yük maşınları ilə silahlı şəkildə Təl-Rüfətə daxil olub. Əsəd rejimi və YPG təşkilatının ortaq nəzarətində olan bölgə Afrinin tamamilə ələ keçirilməsi və xarici qüvvələrin buradan uzaqlaşdırılması üçün böyük önəm daşıyır. Təl-Rüfətin mühasirəsi ilə Afrində küncə sıxışan terror təşkilatı tamamilə blokadaya alınacaq.

PKK/YPG terror təşkilatı Afrinə döyüşçü qüvvəsi və silah göndərmək üçün Fıratdan öncə Münbiçə, oradan da Təl-Rüfətə istiqamət alır.

Hərəkatın növbəti günlərində Fırat Qalxanı bölgəsində olan Maredən Təl-Rüfətə doğru bir cəbhə açılması və terrorçulara buradan təzyiq göstərilməsi planlaşdırılır. Terror təşkilatı isə Afrinə gedən az sayda terrorçunun Rusiya və Suriya bayraqları qaldırmasından istifadə edərək “Rusiya və Əsədin dəstəyini alırıq” fikrini formalaşdırmağa çalışır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm