Dünya
Koreya liderləri haqda şok həqiqət ÜZƏ ÇIXDI - FOTOFAKT
“Röyters” agentliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In və onun atası Kim Çen İrin pasportlarının fotosurətlərini dərc edib.
Publika.az xəbər verir ki, pasportlar Braziliyaya aiddir.
Agentliyin Braziliyadakı həmsöhbətləri sənədlərin orijinal olduğunu bildirıblər. Onların sözlərinə görə, bu pasportlar iki Avropa dövlətinə vizaların verilməsi üçün istifadə olunurdu. Koreya liderləri həmçinin pasportlardan Braziliya, Yaponiya və Honkonqa səyahətlər üçün istifadə edə bilərdilər.
Pasportlar Braziliyanın Çexiyadakı səfirliyində 1996-cı ildə verilib. Kim Çen Ina “Cozef Pvaqa” adını veriblər. Sənədə əsasən, o, 1 fevral 1983-cü ildə doğulub.
Kim Çen İrə isə “İdjon Çoya” adı verilib. Onun doğum tarixi 4 aprel 1940-cı il göstərilib (O, əslində 1941-ci ildə doğulub - “Röyters”). Hər iki pasportda “doğum yer” hissəsində Braziliyanın San-Paulo şəhəri yazılıb.
Agentlik xatırladır ki, 2011-ci ildə Yaponiyanın “Yomiuri Shimbun” qəzeti Kim Çen Inın uşaqlıqda Braziliya pasportu ilə Tokioya getdiyini yazmışdı.
Ömər Dağlı
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO