Dünya
Azərbaycanlı mücahid Suriyaya necə getdiyini açıqladı – Şok
Suriyada döyüşən azərbaycanlı mücahid Əbu Hüseyn Kərimzadə Suriyaya hansı yolla getdiyini açıqlayıb.
Publika.az mücahidlərin saytına istinadən xəbər verir ki, azərbaycanlı mücahid Suriyaya keçmək üçün əvvəlcə Türkiyəyə getdiyini bildirib: “Şanlıurfaya getdim, orda İŞİD camaatına gedənləri aparan Zaza əsilli bir qaçaqmalçı var idi. Onun vasitəsilə Suriyadakı Talab şəhərinə getdim. Burda qaçaqçıdan təhvil alan Gaziantepli Məhəmməd adlı şəxs məni Rakaya apardı”.
O, Suriyada bir ay hərbi təlim keçdiyini bildirib.
“Suriyada Muəsgər Şerki deyilən yerdə bir araya qədər hərbi təlim keçdim. Təlimdən sonra Rakka Mühafizəyə bağlı olan bir polis olaraq fəaliyyətə başladım. Əsas məqsədimiz asayişi qorumaq, əsl məqsədimiz isə Azad Suriya Ordusunun həmlələrini əngəlləmək və silahlarına əl qoymaqdır”,– deyə o bildirib.
Azərbaycanlı mücahid Suriyadan geri dönmək istəmədiyini, islam uğrunda sona qədər vuruşacağını bildirib. O, azərbaycanlı mücahidləri də Suriyadakı cihada dəstək olmağa çağırıb. Onun açıqlamasını yayan mücahid saytları təhlükəsizlik baxımından foto yaymadıqlarını qeyd ediblər.
Qeyd edək ki, bir müddət öncə Suriyada döyüşən Əbu Həsən adlı azərbaycanlı da açıqlamasında eyni marşrutla bu ölkəyə getdiyini açıqlamışdı.
Asif
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO