Əhali Afrini tərk edir - "Zeytun budağı" 3-cü mərhələdə
Bizi izləyin

Dünya

Əhali Afrini tərk edir - "Zeytun budağı" 3-cü mərhələdə

Türkiyənin Afrində keçirdiyi "Zeytun Budağı" hərəkatının 52-ci günündə növbəti, 3-cü mərhələyə keçib başlandı.

Publika.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusunun birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatının 3-cü mərhələsində Afrin sakinlərinin mərkəzi tərk etmələri üçün təhlükəsizlik tədbirləri görülüb.

Növbəti mərhəldə dinc sakinlərin Afrinin mərkəzində yerləşən yaşayış məntəqələrindən çıxarılacaq və türk ordusunun PKK terror qruplaşmasının üzvlərinə qarşı digər məhvedici taktikalar icra olunacaq.

Dinc sakinlərin Afrini tərk etməsi ilə bağlı bəzi görüntülər sosial şəbəkələrə yüklənib.

Həmin fotoları təqdim edirik:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm