Dünya
Ukrayna ordusunda maliyyə maxinasiyaları ciddi tələfatlarla nəticələnib – Video
Qırmızı Liman şəhəri uğrunda gedən döyüşlərdə yüzlərlə ukraynalı əsgər həlak olub
Publika az. “Zapasnoy kanal” agentliyinə istinadən xəbər verir ki, Çuquyev, İzüme, Kupyansk şəhər morqları həlak olmuş ukraynalı əsgərlərin meyitləri ilə dolub. Artıq morqlarda yer çatışmır. Səhiyyə Departamentinin rəsmisi Qalaçan isə hərbçilərə və həkimlərə tələfat barədə informasiyanın gizli qalması, xəbərlərin heç bir vəchlə mətbuata çıxmaması barədə göstəriş verib.
Görünür, işdən çıxarılma qorxusuna rəğmən, bu informasiyalar mətbuata ötürülüb. KİV təmsilçiləri müstəqil araşdırma zamanı heyrətamiz faktlar əldə ediblər. Məlum olub ki, həlak olan ukraynalı əsgərlərin əksəriyyətinin qoruyucu zirehi və kaskası olmayıb. Halbuki blok-postlarda növbə çəkən əsgərlər mütləq bu geyimlərlə təmin olunmalıydılar.
Medianın yazdığına görə, Ukrayna Müdafiə Nazirliyində tüğyan edən korrupsiya, maliyyə maxinasiyaları ordunun lazımi avadanlıqla təchiz olunmasına imkan verməyib.
Hazırda Ukrayna Respublika Prokurorluğu ordudakı maliyyə maxinasiyaları, saxta tender məsələləri ilə bağlı müdafiə nazirinin birinci müavini Boqdan Buça qarşı cinayət işi açmağa hazırlaşır.
İlqar Atabəyli
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə