Dünya
Pentaqonun hesabatı: Pekin qorxutmağa başlayıb
ABŞ Müdafiə Nazirliyi Çinin illik hərbi potensialı ilə bağlı hesabat hazırlayıb.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Konqresinə təqdim olunan hesabatda Çinin 2013-cü il hərbi büdcəsinin 145 milyard dolları keçdiyi qeyd olunub.
Çinin yeni model raket hazırladığı və sınaqlarını keçirdiyi bildirilən hesabatda Pekinin hərbi dəniz donanması və hava qüvvələrinin gücləndiyi vurğulanıb. Hesabatda, Çinin eyni zamanda kiber, kosmos və elektronik sahələrə də böyük sərmayə qoyduğu bildirilir. Qeyd olunur ki, Pekin rəhbərliyi aktiv şəkildə pilotsuz hava vasitələri texnologiyasını inkişaf etdirir və bu sahəyə qoyulan sərmayə ABŞ-da eyni sahəyə yatırılan sərmayəni tezliklə keçə bilər.
Çin mart ayında hərbi xərclərin 12,2 faiz artımla 132 milyard dollar olduğunu açıqlamışdı. Çin keçən il hərbi xərclərin 10,7 faiz artımla 114 milyard dollar olduğunu bildirmişdi. Çin bu rəqəmlə hərbi xərcləri ötən il 600,4 milyard dollar olan ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.
Ömər Dağlı
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”