Dünya
Qondarma erməni soyqırımı iddiasını rədd edən tarixçi vəfat etdi
Dünya şöhrətli amerikalı tarixçi Bernard Levis Nyu-Cersi ştatında vəfat edib.
Publika.az xəbər verir ki, Prinston universitetinin professoru Bernard Levis 31 may 1916-cı ildə Londonda dünyaya gəlib. O, ən yeni tarixin və Yaxın Şərqin məşhur mütəxəssislərindən biri olub. Tarixçi Qərbin və İslam dünyasının, dini radikalizm və antisemitizmin münasibətlərini tədqiq edib.
Tarixçi 1915-1916-cı illərdə Osmanlı ərazisində baş verənləri izah edərəkən, erməni soyqırımının olmadığını təsdiqləyib. Və bu iddianın bütün dünyada tanınan əleyhdarlarından biri kimi tanınıb. O, həmin dpvrdə baş verənləri müharibənin nəticəsi kimi qiymətləndirib.
İslam tarixi, Yaxın Şərq, İslam-Qərb münasibətləri üzrə mütəxəssis, yəhudi əsilli Bernad Levis bir müddət sabiq ABŞ prezidenti Corc Buşun məsləhətçisi vəzifəsində də çalışıb.
Bernard Levis 1998-ci ildə “Atatürk Beynəlxalq Sülh Mükafatı”na layiq görülüb.
Qeyd edək ki, Paris məhkəməsi onun bu mövqeyini erməni “soyqırımını” inkar kimi qiymətləndirərək, professora simvolik olaraq 1 frank cəza kəsmişdi. Professorun bu günə qədər 30-dan çox kitabı, yüzlərlə məqaləsi çap edilib.
Könül Cəfərli
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO