Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
Bizi izləyin

Dünya

Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər.

Publika.az xəbər verir ki, bunun səbəbini mənbələrə istinadən “The Wall Street Journal” yazıb.

Bildirilib ki, Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb edəcək.

Ukraynanın ödənilməmiş 20 milyard dollarlıq avrobondlarının təxminən 20%-ni təşkil edən BlackRock və Pimco kimi nəhənglər artıq hökumətlə danışıqlar aparmaq üçün vəkillər tutublar.

İstiqraz sahiblərinin fikrincə, ABŞ-dan 60,6 milyard dollar yardım alan Ukrayna ildə 500 milyon dollara qədər faiz ödənişlərinin bərpası müqabilində borcun bir hissəsini bağışlamağa razı ola bilər. Kreditorlar komitəsi artıq bu planları Ukrayna hakimiyyəti ilə müzakirə ediblər. Kiyev bu işə Vaşinqtonu və digər müttəfiqlərini cəlb etməyə ümid edir.

Sövdələşmə bağlanmasa, Ukrayna istiqraz sahibləri üçün verilən möhlət bitdikdən sonra avqustda defoltla üzləşə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm