Gürcüstanda sərt etirazlar - Marixuana ölkəni qarışdırır
Bizi izləyin

Dünya

Gürcüstanda sərt etirazlar - Marixuana ölkəni qarışdırır

Gürcüstan əhalisinin təxminən 75%-i marixuana satışının qanuniləşməsinə qarşı etiraz aksiyası keçirib.

Publika.az xəbər verir ki, ABŞ Milli Demokratiya İnstitutu məlumat yayıb. Sakinlərin 75%-i narkotiklərin leqal dövriyyəsinə qarşı çıxıb. Sosioloqlar bu sorğunu 23 iyun-8 iyul tarxiləri arasında 2,4 min insan arasında aparıb.

Bundan başqa, Gürcülərin 18%-i marixuananın qanuniləşməsini dəstəkləyir. 8%-i isə məsələyə hansı cür reaksiya verəcəyinə qərar verə bilməyib.

Xatırladaq, daha əvvəl Gürcüstan Konstitusiya Məhkəməsi marixuananın istifadəsi üçün tətbiq edilən inzibati cəzanı ləğv edib. Səbəb isə bu insanların "şəxsiyyətinin azad inkişaf"ı hüquqdur.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm