Dünya
Gülənin daha bir “Ağ Evi” ortaya çıxdı - İDDİA
ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini lider Fəthullah Gülənin Türkiyənin Ankara şəhərində malikanə tikdirməsi ilə bağlı bir müddət əvvəl xəbərlər yayılmışdı. Mətbuatda malikanənin ABŞ-dakı Ağ Evə bənzərliyini ortaya qoyan fotolar da yayıldı. Bildilir ki, villa Ankaranın İncek küçəsində sürətlə tikilir.
Publika.Az –ın verdiyi xəbərə görə, oxşar bir iddia ilə Türkiyənin “Sabah” qəzeti çıxış edib.İddiaya görə, F.Gülən ölkəyə qayıtdığında camaata yaxınlığı ilə tanınan iş adamı Sami Şentürklerin Bursada tikdirdiyi malikanədə qalacaq. İranın keçmiş dini lideri Xomeyninin də bir dövr sürgündə yaşadığı Bursada Gülən üçün nəhəng bri sarayın hazırlandığı bildirilir.
“Şentürkler Holding”in şəhərin ən bahalı yeri olan Badamlıda inşa etdirdiyi nəhəng malikanə 16 min 750 kvadrat metr ərazidə yerləşir. Ətrafı 2,5 metr hündürlüyündəki hasarla əhatələn malikanənin bağlı sahəsi 3600 kvadrat metrdir. Malikanə arxitektura quruluşu ilə “Akın İpək”in inşa etdiyi Ankaradakı prezident sarayına bənzəyir.
Uludağ və Mərmərə dənizinə açılan malikanənin olduğu ərazinin xüsusi olaraq seçildiyi deyilir. Sami Şentürklerin də “Buranı Fəthullah Gülən ölkəyə dönəndə qalması üçün tikdirdim” dediyi bildirilir. Bağçasında 250 kvadrat metrlik üzmə hovuzu olan malikanə bağçası bələdiyyənin park sahəsi olaraq təyin etdiyi torpağı da əhatə edir. İddiaya görə, planda malikanənin sahəsinin 12 min kvadrat metr göstərilmişdi. Park kimi göstərilən ərazidə isə idman mərkəzi tikilib. Malikanənin tikintisinə 3 il əvvəl başlanılıb. İnşaat işlərinin tamamlandığı deyilir.
Ömər
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO