Dünya
İŞİD-ə sadiq qalacaqlarına and içiblər
“Əl Qaidə” terror təşkilatının Suriya briqadası olan “əl Nusra” cəbhəsi son günlər İraqda və Suriyada gücünü artıran İŞİD qruplaşması ilə birləşib.
Publika.az ANS PRESS-ə
istinadən bildirir ki, Suriyanın İraqla həmsərhəd Əlbu Kamal
şəhərində “əl Nusra” cəbhəsinin yaraqlıları İŞİD-ə sadiq
qalacaqlarına and içiblər. Məlumata görə, sosial şəbəkələrdə “əl
Nusra” cəbhəsinin lideri Əbu Yusif əl Masrinin də İŞİD-ə sədaqət
andı içməsini əks etdirən fotolar yayılıb.
Suriya İnsan Hüquqları üzrə müşahidə missiyasının
nümayəndəsi Rami Əbdürrəhman “Reuters”ə açıqlamaasında bu
birləşmənin adi bir iş olmadığını, “əl Nusra”nın Əlbu Kamalda çox
qüvvətli olduğunu deyib.
“Demək olmaz ki, İŞİD Əlbu Kamalı nəzarətə
götürdü. Amma onlar artıq Əlbu Kamaldadırlar”.
Qeyd edək ki, ötən il yayılan və İŞİD lideri Əbu
Bəkr əl Bağdadiyə aid olduğu iddia olunan audio yazıda Nusra
cəbhəsinin İŞİD-ə birləşdiyi deyilsə də bu məlumat təkzib olunmuş,
“əl Nusra” lideri sadəcə “əl Qaidə” lideri Əymən əz Zəvahiriyə
bağlı olduğunu açıqlamışdı.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO