Dünya
DƏHŞƏT: kişi orucunu açan arvadı su içərkən güllələdi
Türkiyədə dəhşətli cinayət baş verib.
ANS PRESS-in məlumatına görə, Bözüyük rayonunda yaşayan 34 yaşlı
Levent S. iftar vaxtı, orucunu açan arvadını qətlə yetirib. Hadisə
onların uşaqlarının gözü qarşısında baş verib.
Belə ki, 34 yaşlı Levent S. evə gələrək 31 yaşlı arvadının oruc
süfrəsində əyləşdiyini görüb. Kişi naməlum səbəbdən qadınla
mübahisə etməyə başlayıb. Daha sonra orucunu açmaq üçün su içərkən
qadının başına odlu silahdan 3 dəfə atəş açıb.
Uşaqlarının gözü qarşısında arvadını dəhşətli şəkildə öldürən
Levent S. hadisə yerindən qaçıb. Polis onun tapılması üçün
əməliyyata başlayıb. Keçirilən əməliyyat zamanl Levent S.-nin yeri
məlum olub. Polisə təslim olmaq istəməyən Levent S. bir müddət
hüquq-mühafizə orqanları ilə atışıb. Sonradan təslim olmağa məcbur
olub.
Levent S. saxlanılıb və məhkəməyə təhvil verilib.
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...