Dünya
Ərdoğanın qardaşı oğluna iş kəsilib
Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın qardaşı oğlu məhkəmə qərarı ilə həbsə məhkum edilib.
Publika.az-ın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İstanbul 1-ci Ağır Cəza Məhkəməsi baş nazir R. T. Ərdoğanın qardaşı oğlu Mehmet Ərdoğanın da aralarında olduğu və narkotik maddələrin ticarəti ilə məşğul olmaqda ittiham edilən 11 nəfərə hökm oxuyub.
Məhkəmənin qərarına əsasən Mehmet Ərdoğan 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Onun həm də narkotik istifadəçisi olduğu nəzərə alınaraq müalicəsinə də qərar verilib.
Qeyd edək ki, baş nazir R. T. Ərdoğan bu hadisə ilə bağlı daha əvvəl verdiyi açıqlamada bildirib ki, Mehmet Ərdoğan haqqında qanunlar nəyi tələb edirsə, o addımlar atılmalıdır: “Valiyə də, polis müdirinə də açıq və konkret söylədim. Qanun nəyi tələb edirsə, onu edin dedim. Mən onu qohumluqdan çıxarmışam. Mənim prinsiplərimə və həqiqətlərimə uyğun olmayan bir adamdır”.
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ27 Aprel 20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO