Dünya
Sabiq prezident: “Putin regionun yoxsullaşmasını istəyir”
“Putin regionun yoxsullaşmasını istəyir. Rusiyanın hədəfi regionu tərk edən insanların yerini muzdlularla doldurmaqdır”.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “facebook” səhifəsində yazıb.
Sabiq prezident hesab edir ki, Ukrayna hakimiyyəti ən yaxın 4-6 həftədə təcili hərəkətlərə başlamasa, Rusiya ölkənin şərqində qırğınları provokasiya edəcək. M.Saakaşvili Rusiyanın Ukraynanın başqa regionlarında da döyüş hərəkətlərinə başlamaq üçün mərkəzlər yaratmağa çalışacağını qeyd edib.
Saakaşvili əmindir ki, Putin Ukraynaya qalib gələ bilməyəcək: “Çünki milyonlarla ukraynalı Kremlin istənilən planlarını dəf etməyə qadirdir”.
Gürcüstanın sabiq prezidenti hesab edir ki, Rusiya prezidenti barışıq müddətindən Ukraynanın şərqində separatçıları gücləndirmək üçün istifadə edir: “Bu, Putinin planıdır və bu fikir yalnız mənim deyil, xarici ekspertlərin əksəriyyəti də bu cür düşünür. Barışıq müddətinin uzadılması zirehli texnika və artilleriyanın, eyni zamanda, “könüllülər” adı ilə bir neçə min Rusiya hərbi qulluqçusunun göndərilməsinə imkan verəcək”.
Saakaşvili vurğulayıb ki, Putin bu oyunu ən azından avqust ayına qədər oynayacaq.
“Danışıqlar yolu ilə quldurları qanuniləşdirmək çox təhlükəlidir. Minlərlə insan hər gün evini tərk edir. İşgüzar fəallıq dayanır və iqtisadi böhran işsizlərin sayının artmasına gətirib çıxarır”, - o vurğulayıb.
Ömər Dağlı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR