Filippində tükürpədən hadisə: yerin altından səslər gəlir - - FOTO
Bizi izləyin

Dünya

Filippində tükürpədən hadisə: yerin altından səslər gəlir - - FOTO

Cənub-şərqi Asiya ölkəsi olan Filippin adalarında ötən gün meydana gələn 6,1 bal gücündəki zəlzələdən sonra tələfat gün keçdikcə artmaqdadır.

Publika.az xəbər verir ki, yeraltı təkanlardan sonra ölənlərin sayı 11-ə çatıb.

Pambanqa şəhərinin valisi Liliya Pineda jurnalistlərə verdiyi açıqlamada dağıntılar altından səslər gəldiyini deyib. Dağıntılar altında qalan 30 nəfərin axtarış-xilasetmə işlərinin davam etdirildiyini qeyd edib.

Qeyd edək ki, paytaxt Manilada meydana gələn zəlzələdən sonra ən az 52 afterşok qeydə alınmış, şəhərdəki hotellər, alış-veriş mərkəzləri təxliyə olunmuş, metronun fəaliyyəti dayandırılmışdı.

"Sakit okean odlu dairəsi" zəlzələ və vulkan qurşağında yerləşən Filippin adaları təbii fəlakətdən ən çox əziyyət çəkən ölkələrdən biridir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm