Dünya
Rusiya terrorçuları seçim qarşısında qoydu: Ölənə qədər vuruşmaq, ya da…
Rusiya Ukrayna ilə sərhəddə yerləşən “Qukovo”, “Donetsk” və “Novoşaxtinsk” beynəlxalq avtomobil buraxılış məntəqələrini bağlayıb.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya mərkəzinin rəhbəri Andrey Lısenko keçirdiyi brifinqdə deyib.
“Rusiya hazırda bu məntəqələri ağır zirehli texnika ilə təhciz edərək xüsusi blokpostlar yaradıb. Məlumata görə, Ukrayna ərazisindən qaçmağa çalışan silahlı terrorçuların bu blokpostlardan Rusiya ərazisinə keçməsi qadağandır”, - Lısenko bildirib.
Xatırladaq ki, atəşkəs rejiminin başa çatması ilə Ukrayna ordusu ağır zirehli texnika və artilleriyanın köməyi ilə irimiqyaslı hərbi əməliyyatlara başlayıb. Rəsmi məlumatlara görə, 1000-ə qədər terrorçu məhv edilib. Dünəndən başlayaraq terrorçu qrupların bir hissəsinin təslim olduğu, digərlərinin isə Rusiya ərazisinə qaçmağa çalışdığı deyilir.
Rusiyanın terrorçuların onun ərazisinə keçməsinin qarşısını almaq üçün sərhəddə blokpostlar qurması isə deməyə əsas verir ki, Moskva onları seçim qarşısında qoymaq istəyir: Ölənə qədər vuruşmaq, ya da təslim olmaq.
Ömər Dağlı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR