SON DƏQİQƏ: türk gəmisinə hücum edildi, girov götürülən 10 nəfərdən XƏBƏR VAR (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

SON DƏQİQƏ: türk gəmisinə hücum edildi, girov götürülən 10 nəfərdən XƏBƏR VAR (YENİLƏNDİ)

Türkiyə Xarici İşlər Nazirliyi qaçırılan dənizçilərin sərbəst buraxılması üçün hərəkətə keçib.

Publika.az xəbər verir ki, AKP-nin mətbuat katibi Ömər Çelik nazirliyin və kəşfiyyat xidmətinin olaya müdaxilə etdiyini açıqlayıb.

“Kadıoğlu Denizcilik” şirkətinin baş katibi Numan Paksoy açıqlamasında bildirib ki, gəminin hərəkət etməməsi üçün avadanlıqlarına zərər vurublar: “Gəminin üzərinə çıxıb heyətini zərərsizləşdiriblər. Bunu pul üçün edirlər. Dənizçiləri girov götürüb sonra pul qarşılığında sərbəst buraxırlar. Hazırda bizdən pul istəməyiblər. Amma bir neçə gün içində istəyəcəklərini düşünürük. Olay bazar günü səhər baş verib”.

Baş katib bildirib ki, girov götürülən 10 dənizçidən 2-si buraxılıb.

***

15:48

“Anadolu Agentliyi”nin xəbərinə görə, “Paksoy 1”in göyərtəsində 18 nəfər olub.

Onların hamısı türk vətəndaşıdır. Şəxsiyyətləri isə hələ ki, müəyyən edilməyib.

Gəmi yükdaşıma məqsədilə istifadə edilir. Limanı tərk edərkən gəmidə heç bir yük olmayıb.

***

15:29

Kamerunun Douala limanından Fildişi sahillərinin Abidjan limanına doğru hərəkət edən “Paksoy-1” adlı türk gəmisi Nigeriya yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, 10 türk dənizçisi piratlar tərəfindən qaçırılıb.

Bu barədə gəminin məxsus olduğu “Kadıoğlu Denizcilik” şirkətindən açıqlama verilib. Açıqlamada bildirilib ki, gəmidəki əlaqə və kəşfiyyat cihazlarına zərər vurulub. Ölən və ya yaralanan yoxdur. Girovların geri qaytarılması üçün danışıqlar aparılır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm