Dünya
Azərbaycan musiqisi Fransada
Azərbaycanın mədəni dəyərlərini fransızlara yaxından tanıtmaq
istiqamətində layihələr həyata keçirən Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə bu ölkənin Jura dağlarında yerləşən qədim Syam
qəsrində təşkil olunan eyni adlı festival Fransada ilk dəfə
bütünlüklə milli musiqimizə həsr edilib.
Təntənəli mərasimi açan festivalın əsas təşəbbüsçüsü və rəhbəri,
Azərbaycan musiqisevərlərinə yaxşı tanış olan, "Xocalı 613"
əsərinin müəllifi Pyer Tilloy ölkəmizə dəfələrlə səfərlər etdiyini
xatırlatmış, Azərbaycanın zəngin musiqi tarixinə və irsinə malik
olduğunu bildirib. O, festivalın təşkilinə yaxından köməklik
göstərən Heydər Əliyev Fonduna və onun prezidenti Azərbaycanın
birinci xanımı Mehriban Əliyevaya, eləcə də fəal dəstəyinə görə
ölkəmizin Fransadakı səfirliyinə təşəkkür edib.
Dünyanın müxtəlif ölkələrindən 100-dən artıq bəstəkarın, ifaçının
və musiqiçinin iştirak etdiyi festivalda 47 əsərin ifa ediləcəyini
vurğulayan P.Tilloy bu möhtəşəm tədbirdə Azərbaycan musiqisinin ilk
dəfə qonaq qismində təmsil olunduğunu və bunun təsadüfi xarakter
daşımadığını bildirib. Fransız bəstəkarı bu hadisəni Azərbaycanın
bu ilin mayından Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi
ilə əlaqələndirib.
Səfirliyin müşaviri Elmar Məmmədov Heydər Əliyev Fondunun
təşkilatçılığı və Azərbaycan səfirliyinin dəstəyi ilə son illər
Fransanın müxtəlif regionlarında və şəhərlərində ölkəmizin tanıtmaq
istiqamətində keçirilən layihələr nəticəsində musiqimizin fransız
tamaşaçılarında böyük maraq doğurduğunu xüsusi vurğulayıb. O, Syam
festivalının bütünlüklə Azərbaycan musiqisinə ithaf edilməsində
xüsusi əməyi olan P.Tilloya minnətdarlığını bildirib.
Festivalın ilk günündə Azərbaycan və fransız musiqiçilərinin
ifasında məşhur bəstəkarlarımızdan Üzeyir Hacıbəylinin, Fikrət
Əmirovun, Süleyman Ələsgərovun, Vaqif Adıgözəlovun, Xəyyam
Mirzəzadənin, Musa Mirzəyevin, Firəngiz Əlizadənin və digərlərinin
əsərlər səsləndirilib.
Festivalda Qreta Komur-Tilloyun və Erika Eskribanın ifasında
səslənən mahnılar, Silvia Gareddunun tütəkdə, Stefan Rüriyenin
skripkada və digərlərinin müxtəlif musiqi alətlərində ifaları,
P.Tilloyun ölkəmizdə olarkən milli musiqimizin təsiri altında
bəstələdiyi "Abraxas" əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə
qarşılanıb.
Festival çərçivəsində Azərbaycanın Xalq Artisti Murad Hüseynovun
pianoda ifa etdiyi musiqi nömrələri, caz ustası Emil Əfrasiyabın
çıxışı böyük marağa səbəb olub. Gənc xanəndələrdən Arzu Əliyevanın
və Ehtiram Hüseynovun muğam, onları müşayiət edən Elşən və Malik
Mansurov qardaşlarının, Hüsaməddin Əzizovun ifaları da
tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Festival iyulun 11-dək davam edəcək.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO