Dünya
150 milyard dollarlıq layihə Azərbaycandan keçəcək
Çin hökuməti tarixi İpək Yolunun bərpa olunması ilə bağlı yeni layihə hazırlayır.
Publika.az-ın məlumatına görə,Avrasiya Sürətli Qatar Yolu (ASQY)
adlı 6 min kilometrlik nəqliyyat xətti Qırğızıstan, Özbəkistan,
Türkmənistan, İrandan keçməklə Türkəyəyə qədər uzanacaq.
Rəsmi Pekin Sincan Uyğur bölgəsindən start götürəcək olan layihə
üçün 150 milyard dollar xərcləyəcək. ASQY-nin Qafqaz ərasində
Qars-Ahılkələk-Tiflis-Bakı dəmir yolu xətti ilə birləşəcəyi də
bildirilir.
Orta Şərq Strateji Araşdırmalar Mərkəzindən bildiriblər ki, bu
yolla Qars-Ahılkələk-Tiflis-Bakı dəmir yolu xəttinin sərnişin
tutumu da genişlənəcək.
Yeni Türkiyə-Çin dəmir yolu xətti Marmaray və Boğazın altı ilə inşa
ediləcək Avrasiya tuneli vasitəsi ilə davamlı olaraq fəaliyyət
göstərəcək.
Çinin ən böyük qatar hazırlayan şirkətlərindən birindən verilən
açıqlamada qeyd olunub ki, dəmir yolu xətti 2030-cü ilə qədər tam
hazır olacaq.
Yeni şərnişin qatarlarının sürətinin saatda 200 kilometr, yük
qatarlarının isə saatda 160 kilometr olacağı bildirilir.
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO