SON DƏQİQƏ: Türkiyə səfirliyi yaxınlığında GÜCLÜ PARTLAYIŞ, ölənlər var (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

SON DƏQİQƏ: Türkiyə səfirliyi yaxınlığında GÜCLÜ PARTLAYIŞ, ölənlər var (YENİLƏNDİ)

Kabilin Şaş Darak rayonunda baş verən partlayışda ölənlərin sayı 10-a çatıb.

Publika.az xəbər verir ki, bu barədə Əfqanıstanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasrat Rəhimi bildirib.

Onun sözlərinə görə, hadisə zamanı 42 nəfər xəsarət alıb.

Hadisə kəşfiyyat xidmətinin nəzarət nöqtəsində bomba yüklü avtomobilin partladılması nəticəsində meydana gəlib.

Partlayışın məsuliyyətini Taliban terror qruplaşması öz üzərinə götürüb.

***

11:57

Əfqanıstanın paytaxtı Kabildə böyük partlayış meydana gəlib.

Publika.az xəbər verir ki, partlayış ABŞ-ın Kabildəki səfirlik binasının yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, partlayış nəticəsində 8 nəfər ölüb.

Kabil Baş Polis İdarəsinin mətbuat katibi Firdovsi Faramarz bildirib ki, hadisənin baş verdiyi Şaş Darak rayonunda Əfqanıstanın hökumət binaları, NATO-nun mənzil-qərargahı, Türkiyə səfirliyinin binası, o cümlədən, Müdafiə Nazirliyi yerləşir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm