Belarusa Qərbdən şad xəbər: Viza ilə bağlı icazə verildi
Bizi izləyin

Dünya

Belarusa Qərbdən şad xəbər: Viza ilə bağlı icazə verildi

Avropa İttifaqı Şurası Belarusla viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalamağa hazır olması qərarını açıqlayıb.

Axar.az xəbər verir ki, sənəd Aİ-nin rəsmi jurnalının saytında yerləşdirilib.

“Bu sənədə əsasən, Aİ adından Belarus Respublikası ilə viza rejiminin sadələşdiriməsi haqqında sazişi imzalamağa icazə verilir”.

Qeyd edək ki, Belarus və Avropa İttifaqı daha əvvəl viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalamağı planlaşdırıblar. Aİ-nin Belarus nümayəndəliyinin başçısı Andrea Viktorin bildirib ki, viza rejiminin sadələşdirilməsi haqqında sazişin mətninə dair bütün razılaşmalar artıq əldə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm