Dünya
Dəhşətli xəstəlik 80 can aldı - Ölənlərin əksəriyyəti uşaqlardır
Samoada qızılca epidemiyası nəticəsində ölənlərin sayı 80-ə çatıb.
Publika.az xəbər verir ki, hökumətin yaydığı məlumata əsasən, xəstəliyə yoluxanların sayı 5550 nəfəri ötüb.
Ötən həftə ölənlərin sayı 72, epidemiyaya yoluxanların sayı isə 5154 nəfər olub.
Xəstəliyin yayılmağa başladığı oktyabr ayının ortasında 5520 yoluxma hadisəsi qeydə alınıb.
18 noyabrdan etibarən ölkədə kütləvi peyvənd kampaniyasına başlanılıb. Əhalinin 94% -i peyvənd edilib. Lakin əksər insanlar peyvənddən imtina etmək istəyir.
Səhiyyə Nazirliyi epidemiyanın yayılmasını ilk ölüm halından sonra, 16 oktyabrda açıqlayıb. Ölənlərin əksəriyyəti 4 yaşa qədər uşaqlardır. Epidemiya qızılcaya qarşı səhv peyvənd edilən iki uşağın ölümü ilə yayılıb. Onların həyatla vidalaşmasına səbəb olan tibb bacıları həbs edilib.
Qızılca, hava damcıları ilə ötürülən kəskin yoluxucu virusdur.
Xəstəliyin azalmasına təsir edən əsas faktor peyvənddir.
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR


















.jpg)







.jpg)










