ŞOK HƏBS: millət vəkili rüşvət aldığı üçün TUTULDU
Bizi izləyin

Dünya

ŞOK HƏBS: millət vəkili rüşvət aldığı üçün TUTULDU

Yaponiyada iqtidar partiyasının nümayəndəsi millət vəkili Tsukasa Akimoto həbs edilib.

Publika.az “euronews”ə istinadən xəbər verir ki, o, 27500 dollar rüşvət almaqda şübhəli bilinir. İddialara görə, millət vəkili qumarxana açmaq istəyən yerli şirkətdən rüşvət alıb. Üstəlik o, pulları aldıqdan sonra ailəsi ilə birgə tətilə çıxıb. Lakin millət vəkili iddiaları rədd edir. Deputatın ofisində axtarışlar aparan polis, ələ keçirilən sənədlərə dair açıqlama verilməyib.

Qeyd edək ki, Tsukasa Akimoto 2018-ci ilə qədər nazirlikdə çalışıb və o qumarxanaların fəaliyyətinə dair işlərdən məsul şəxs olub. Yaponiyada nadir hallarda rast gəlinən deputatın həbsi ölkə gündəmini zəbt edib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm