Həbsxanada kütləvi dava - Çox sayda ölən var
Bizi izləyin

Dünya

Həbsxanada kütləvi dava - Çox sayda ölən var

Meksika həbsxanalarından birində baş verən kütləvi davada 16 məhkum həyatını itirib.

Teleqraf.com xəbər verir ki, məhkumların bir-birinə odlu silah, bıçaq və digər vasitələrlə hücum etdiyi qarşıdurmada polislərdən ölən və yaralanan olmayıb.

Hadisə Zakatekas ştatında baş verib. 3 saatdan çox davam edən davada 16 nəfər ölüb, 51 nəfər yaralanıb.

Qarşıdurmanın yatırılmasından sonra həbsxanada axtarış aparan polis 4 odlu silah, 9 mobil telefon, 17 bıçaq və narkotik maddə aşkar edərək götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm