Dünya
Ermənilərin son ümidi öldü
Ermənistanı Avrasiya İttifaqına cəlb
etmək üçün əsas şirnikləyici ümidlərdən biri Abxaziya dəmir yolunun
bərpası ilə bağlıdır. Lakin Suxumidə baş verən son olaylardan sonra
bu ümid həmişəlik dəfn edilib.
ANS PRESS-in məlumatına görə, bu barədə erməni
şərhçi Naira Ayrumyan bu gün yazdığı məqaləsində bildirir. Onun
sözlərinə görə, bir neçə gün öncə Abxaziya parlamentinin erməni
əsilli deputatları Abxaziyadan Gürcüstana keçən dəmir yolu
əlaqəsini bərpa etməyə çağırıblar. Bu, parlamentdə kəskin
müzakirələrə səbəb olub. Abxaz deputatlar bildiriblər ki, dəmir
yolunun bərpası mümkün deyil, çünki Gürcüstan Abxaziyanın
müstəqilliyini tanımır. Abxaz deputatlar erməniləri hədələyiblər
ki, bir də bu cür bəyanatlarla çıxış etməsinlər.
Məqalə müəllifinin fikrincə, Ermənistanın
Gürcüstana olan ümidləri də puça çıxıb. Çünki Gürcüstan bəyan edib
ki, Ermənistanla indiki azad ticarət rejimi yalnız onun Avrasiya
İttifaqına daxil olmasına qədərdir. Ermənistan Avrasiya İttifaqına
daxil olandan sonra Gürcüstan rejimi dəyişməli olacaq.
-
Sosial00:45
Elmar Məmmədyarov və Əbülfəs Qarayevdən Şuşada maraqlı söhbət - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər pisləşə bilər
-
Magazin100:00
“Deyirdi, get hamamda oxu” - FOTO/VİDEO
-
Nəqliyyat30 May 23:00
"1 manatlıq" taksi dövrü bitir - Cərimə yazılacaq
-
MDB30 May 22:24
İrəvan-Moskva aviareysində TƏHLÜKƏ: təyyarənin qapısını açmağa cəhd etdi - VİDEO
-
Magazin130 May 21:12
Nəzrinin bal ayı belə geçir - FOTO
-
Hadisə30 May 21:00
Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA: 4-cü kurs tələbəsi...
-
Səhiyyə30 May 20:12
Arıqlamaq üçün İNQİLABİ DƏRMAN - Oral forması da sınaqdan keçirildi