Elm və təhsil
Əziz Sancar Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO
Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Əziz Sancar AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin dəvəti əsasında ölkəmizdə səfərdədir.
Bu barədə Publika.az-a AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən bildirilib.
Səfər çərçivəsində İ.Həbibbəyli, Əziz Sancar, Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Allaberdi Aşırov, Türkiyə səfirliyinin əməkdaşları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə tər gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Həmçinin akademik Yusif Məmmədəliyevin və Xalq artisti Müslüm Maqomayevin məzarları da ziyarət olunub.
Elmi ictimaiyyət Şəhidlər Xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda canından keçmiş döyüşçülərin xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Əziz Sancarın səfəri iyunun 6-dək davam edəcək. Dünya şöhrətli alim AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasında “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda məruzə ilə çıxış edəcək, ona AMEA-nın Fəxri üzvü diplomu və vəsiqəsi təqdim olunacaq. Həmçinin AMEA-nın Naxçıvan Bölməsini, elmi müəssisə və təşkilatlarını, eləcə də respublikanın ali təhsil müəssisələrini ziyarət edəcək.
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi








.jpg)



























