Dünya
Ukrayna təyyarəsini vuranlar həbs edildi
Ukrayna təhlükəsizlik xidməti 24 iyunda Karaçun dağı
yaxınlığında Ukrayna Silahlı Qüvələrinə məxsus Mİ-8 hərbi
vertolyotunu vurmuş terrorçuları həbs edib. ANS PRESS-in məlumatına
görə, Mİ-8 hərbi vertolyotunun vurulması zamanı 9 nəfər həlak
olmuşdu.
"Cinayət hadisəsini "Tufan" ləqəbli döyüşçünün rəhbərliyi altında
terrorçu qrup icra edib. "Tufan" 1979-cu il təvəllüdlü Ukrayna
vətəndaşı Pavel Kartçevdir", - deyə Ukrayna təhlükəsizlik
xidmətinin mətbuat mərkəzinin xəbərində deyilir. Onu cinayət
yoldaşıyla birlikdə Donetsk bölgəsinin Drujovka şəhərində həbs
ediblər.
"Kartçev ilkin dindirilmə zamanı anti terror qüvvələrinə qarşı
diversiya tapşırıqlarını Rusiya diversantı İqor Qirkin (Strelkov)
göstərişi ilə etdiyini bildirib", - Ukrayna təhlükəsizlik xidməti
əlavə edib.
Qeyd edək ki, 24 iyunda Slavyansk yaxınlığında Karaçun dağı
yaxınlığında Ukrayna Silahlı Qüvələrinə məxsus Mİ-8 hərbi
vertolyotunun separatçılar tərəfindən vurulması zamanı 9 Ukrayna
hərbicisi həlak olmuşdu.
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO